Kəmaləddin Heydərov Qəbələdə yanğının baş verdiyi ərazidə - Video
    • 30-08-2021, 14:34
    • 422

Kəmaləddin Heydərov Qəbələdə yanğının baş verdiyi ərazidə - Video

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı yanğın baş vermiş mürəkkəb relyefli dağlıq əraziyə səfər edib.

News24.az xəbər verir ki, nazir helikopterlə əraziyə baxış keçirib, yanğının qarşısının alınması üçün aparılan işlərlə tanış olub. Yanğının söndürülməsi istiqamətində görülən tədbirlər barədə K.Heydərova məlumat verilib.

Nazir daha sonra rayonun Abrıx kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə də yanğının söndürülməsi işləri ilə tanış olub.

K.Heydərov yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, FHN-in qüvvələri göstərilən ərazidə yanğınla mübarizə tədbirlərini davam etdirir.