Beyləqanda ikimərtəbəli ev yandı
    • 31-08-2021, 16:55
    • 431

Beyləqanda ikimərtəbəli ev yandı

Beyləqan rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 120 m² olan mənzilin yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.