Daşkəsəndə mübahisə zamanı həmkəndlisini güllələyən şəxs saxlanıldı
    • 1-09-2021, 10:45
    • 259

Daşkəsəndə mübahisə zamanı həmkəndlisini güllələyən şəxs saxlanıldı

Daşkəsən rayonunda mübahisə zamanı həmkəndlisini güllələyən şəxs saxlanılıb.

News24.az xəbər verir ki, rayonun Zivlən kəndində ,1949-cu il təvəllüdlü Zahid İsmayılova ov tüfəngi ilə atəş açaraq onu ayağından güllələməkdə şübhəli bilinən şəxs, Zöhrab İmanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ondan hadisədə istifadə olunan qeydiyyatsız ov tüfəngi də götürülüb.

Qeyd edək ki, yaralı xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.