Putin ən böyük uşaqlıq arzusu bu olub
    • 1-09-2021, 17:55
    • 314

Putin ən böyük uşaqlıq arzusu bu olub

Rusiya prezidenti Vladimir Putin uşaqlıqda dənizçi, pilot və kəşfiyyatçı olmağı arzulayıb.

News24.az xəbər verir ki, bu barədə Vladimir Putin "Rusiya 24" telekanalında yayımlanan "Okean" Ümumrusiya Uşaq Mərkəzinin şagirdləri ilə görüşündə danışıb: "Kəşfiyyatçı olmaq istəyirdim və bu planımı həyata keçirdim. Bəzən düşünürəm ki, bu necə baş verdi?! Əslində, çətin məsələdir. Çünki sadəcə gəlib kəşfiyyatçı olmaq istədiyini deyə bilməzsən. Desən belə, səni kəşfiyyatçı vəzifəsinə götürməzlər. Amma məndə alındı. Kəşfiyyatçı oldum".