Balakəndə ev yanıb
    • 4-09-2021, 09:00
    • 313

Balakəndə ev yanıb

Balakən rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a  verilən məlumata görə, rayonun Qabaqçöl qəsəbəsində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 7 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.