Ermənistanda koronavirusa yoluxanların sayı artdı
    • 5-09-2021, 12:20
    • 329

Ermənistanda koronavirusa yoluxanların sayı artdı

Ermənistanda son sutkada koronavirusa 423 yeni yoluxma faktı qeydə alınıb.

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Ermənistanda daha 7 nəfər COVID-19-dan ölüb. 

Həmçinin ölkədə yoluxmaların ümumi sayı 245 min 025 nəfərə yüksəlib.

Pandemiya ərzində 1 164 nəfər koronavirusda  ölüb.