Sülhməramlıların yeni komandiri Kosobokov kimdir?
    • 9-09-2021, 18:39
    • 353

Sülhməramlıların yeni komandiri Kosobokov kimdir?

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının yeni komandanı vəzifəsinə general-mayor Mixail Kosobokov təyin olunub.

Sülhməramlıların yeni komandanı Mixail Kosobokov haqqında məlumatı təqdim edir:

Mixail Kosobokov 1999-cu ildə Ryazan Ali Hərbi Hava-Desant Məktəbini bitirib. Kosobokov Cənub Hərbi Dairəsinin 58-ci Birləşmiş Silahlı Qüvvələrin komandir müavini vəzifəsində çalışıb. Sülhməramlıların yeni komandiri Rusiyanın Abxaziyadakı 7-ci hərbi bazasına komandanlıq edirdi.

Rusiya Federasiyası Prezidentinin 20 fevral 2016-cı il tarixli, 73 saylı fərmanı ilə general-mayor rütbəsinə layiq görülüb.

Qeyd edək ki, Mixail Kosobokovun adı Ukraynanın “Mirotvoreç” saytının məlumat bazasına daxil edilib. Ukrayna tərəfi Kosobokovu Donbasdakı separatçılara silah-sursat çatdırmaqda və Rusiya ordusunun hissələrini Ukrayna ərazisinə göndərməkdə ittiham edir. /Axar.az/