DSMF pensiyalarla bağlı XƏBƏR YAYDI
    • 16-09-2021, 11:24
    • 368

DSMF pensiyalarla bağlı XƏBƏR YAYDI

Ölkə üzrə sentyabr ayının pensiyaları tam ödənilərək başa çatdırılıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən News24.az-a verilən məlumata görə, sentyabr ayı üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla bütün pensiyaların ödənişi başa çatdırılıb.

Vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.