““Zəfər tarixi” dərsliyinin hazırlanması işi son mərhələdədir”
    • 16-09-2021, 11:07
    • 462

““Zəfər tarixi” dərsliyinin hazırlanması işi son mərhələdədir”

“Hazırda “Zəfər tarixi” ilə bağlı dərsliyin hazırlanması işi son mərhələdədir. Yeni dərslikdə şagirdlər Azərbaycan tarixi barədə ətraflı və dəqiq məlumatlara sahib ola biləcəklər”.

News24.az xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə çıxışı zamanı qeyd edib. 

Nazir müavini bildirib ki, Təhsil Nazirliyi daim dərsliklərin təkmilləşdirilməsi istiqamətində çalışır.

Məhərrəm Əliyev