Tanınmış mədəniyyət xadimləri ŞUŞADA- FOTO
    • 18-09-2021, 13:20
    • 809

Tanınmış mədəniyyət xadimləri ŞUŞADA- FOTO

Azərbaycanın gənclər təşkilatlarının nümayəndələrinin Şuşa şəhərinə səfəri davam edir.

News24.az xəbər verir ki, bir sıra mədəniyyət xadimləri Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Qala divarlarını, eyni zamanda Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət ediblər.

İştirakçılara Qala divarlarının işğal dövründə erməni vandalları tərəfindən dağıdıldığı və yenidən bərpa olunması, həmçinin Yuxarı və Aşağı Gövhər Ağa məscidləri barədə məlumat verilib.

Qeyd edək ki, hazırda qala divarlarında təmir işləri davam edir.

***
Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşa şəhərinə səfəri davam edir.

News24.az
xəbər verir ki, bir sıra tanınmış mədəniyyət xadimləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Xan qızı bulağını ziyarət edib.

İştirakçılaraa Şuşa işğaldan azad olunandan qısa müddət sonra “Xan qızı” bulağının istifadəyə verilməsindən danışılıb. Qeyd edilib ki, şəhərin məşhur məkanlarından biri olan bulağın suyu Ermənistanın işğalı altında olduğu müddətdə qurusa da yenidən sakinlər və şəhərin qonaqlarının istifadəsindədir.

xxx

Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşa şəhərinə səfəri davam edir.

News24.az xəbər verir ki, bir sıra tanınmış mədəniyyət xadimləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa Rayon İcra Hakimiyyətinin qarşısında "Güllələnmiş heykəllər"i ziyarət edib.

Səfir Polad Bülbüloğlu nümayəndələrə heykəllərin erməni vandalizminin qurbanı olmasından və buranın tarixindən danışıb.


***

Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri başlayıb.

News24.az -ın Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində bir sıra tanınmış mədəniyyət xadimləri - Xalq artistləri Mənsum İbrahimov və Elçin Həşimov, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova və digər nümayəndələr Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Üzeyir Hacıbəyli - XIII Beynəlxalq Musiqi Festivalında iştirak edəcək.

Səfərdə nümayəndə heyəti tərəfindən Cıdır düzü, Bülbülün ev muzeyi, Xan qızı bulağı, Qala divarları, Üzeyir Hacıbəylinin ev muzeyi və Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən, qayıdışları Zəfər simvolu hesab edilən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri ziyarət ediləcək.