Mədəniyyət xadimləri Güllələnmiş heykəlləri ziyarət etdi
    • 18-09-2021, 12:00
    • 614

Mədəniyyət xadimləri Güllələnmiş heykəlləri ziyarət etdi

Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşa şəhərinə səfəri davam edir.

Bir sıra tanınmış mədəniyyət xadimləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa Rayon İcra Hakimiyyətinin qarşısında Güllələnmiş heykəlləri ziyarət edib.
Səfir Polad Bülbüloğlu nümayəndələrə heykəllərin erməni vandalizminin qurbanı olmasından və buranın tarixindən danışıb.
Qeyd edək ki, bu beynəlxalq tədbir işğaldan azad olunan Şuşa şəhərində keçirilən sayca ikinci festivaldır. /Report/