-
- 18-09-2021, 13:34
- 804
"Üzeyir bəyin əsərləri bu gün doğma Şuşada səslənir"
Bu gün Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum gününə və Milli Musiqi Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
News24.az xəbər verir ki, tədbirdə Mədəniyyət naziri Anar Kərimov, Xalq artisti Fərhad Bədəlbəyli, dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Tədbirdə nazir Anar Kərimov çıxış edərək hər kəsi təbrik edib: "Hər il olduğu kimi, bu il də dahi bəstəkarın doğum günü ölkəmizdə geniş şəkildə qeyd edilir. Xalqımızın musiqi mədəniyyəti tarixində Üzeyir Hacıbəyli böyük rol oynayıb. görkəmli bəstəkarın Azərbaycanın dilbər güşələrindən olan Şuşa şəhərində dünyaya göz açmasının xüsusi əhəmiyyət daşıyır. Üzeyir bəy Azərbaycan mədəniyyətində köklü dönüş yaratmış bəstəkardır. Böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını ulu öndər Heydər Əliyev qoyub. Ümummilli Liderimizin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Artıq neçə ildir, xalqımız bu bayramı qeyd edir. Builki Milli Musiqi Günü əvvəlki illərdəkindən fərqli keçirilir. Belə ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız düşmən tapdağından azad olunub və Üzeyir bəyin əsərləri bu gün doğulduğu doğma Şuşa şəhərində səslənir".
Daha sonra isə sözü akademiyanın rektoru Fərhad Bədəlbəyli alıb: "Üzeyir bəyin bu gününün Şuşada qeyd olunması, bizim üçün ən böyük bayramdır. Biz hər zaman burada qeyd edirdik. Açığı deyim ki, mən də Şuşaya qaçmaq istəyirdim. Amma ənənədir ki, Üzeyir bəyin məzarını ziyarət etməliyik. Eyni zamanda da Üzeyir bəyin bu ocağında musiqi gününü keçirməliyik. Sizi təbrik edirəm. Şuşada görüşərik!".