Azərbaycanda 3 dəfə evdən qaçan gəlin görün, haradan tapıldı
    • 20-09-2021, 10:00
    • 685

Azərbaycanda 3 dəfə evdən qaçan gəlin görün, haradan tapıldı

Sumqayıtda iyulun 22-də yaşadığı evi tərk edərək itkin düşən 1993-cü il təvəllüdlü Abdulova Gültəkin Əkbər qızı tapılıb.

News24.az xəbər verir ki, bu barədə qadının həyat yoldaşı B.Abdulov məlumat verib.

B.Abdulovun sözlərinə görə, hüquq-mühafizə orqanlarından ona həyat yoldaşının Bakıda tapıldığı bildirilib. B.Abdulov G.Abdulova ilə bu gün görüşəcək. Xatırladaq ki, qadın iyulun 22-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Ailə üzvləri bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Qeyd edək ki, qadının iki azyaşlı övladı var. G.Abdulova psixoloji problemdən əziyyət çəkir. O, üçüncü dəfədir evdən gedib. /Report.az/