POLAD HƏŞİMOVUN ANASI:
    • 23-09-2021, 12:55
    • 680

POLAD HƏŞİMOVUN ANASI: "TÜRK ƏYİLMƏZ!"

“Siz, bizim əsgərimiz, Azərbaycan xalqının onurğa sütunusunuz. Allah sizi qorusun, can sağlığı versin. Siz ki, bu qayalardan, sıldırım dağlardan aşıb, dərələrdən keçib bu torpağımızı yezidlərdən azad eləmisiz, sizə halal olsun! Sizi böyüdən analara, atalara halal olsun! Biz hamımız ordumuza, şəhidlərimizə qazilərimizə borcluyuq. Allah sizi bizim başımızın üstündən əksik eləməsin".

News24.az xəbər verir ki, bu sözləri şəhid general Polad Həşimovun anası Səmayə Həşimova Şuşada hərbçilərlə görüşündə deyib.
O bildirib ki, qəhrəman ordumuz, qəhrəman Azərbaycan balaları torpaqlarımızı işğaldan azad edib. Azərbaycanın başını ucaldıb. Qəhrəman hər zaman qəhrəman yetişdirər. Qartal yuvasından ancaq qartal çıxar. Siz bizim qartallarımızsınız. Biz Azərbaycanlı olmaqla bərabər hamıməz türkük. Sağ olsun Azərbaycan, sağ olsun Türkiyə. Türk əyilməz!"