-
- 25-09-2021, 11:51
- 390
Prokurorluq əməkdaşları ağacəkmə aksiyası keçirdi
Sentyabrın 25-də Baş Prokurorluğun, Respublika Hərbi, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Azərbaycan Prokurorluğunun yaranmasının 103 illiyi münasibətilə ağacəkmə aksiyası keçirib.
Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Dövlət başçısının ətraf mühitin mühafizəsinə yönələn ekoloji siyasətinə, ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin yaranmış ənənəyə uyğun olaraq paytaxtın Binəqədi rayonu Xocasən qəsəbəsinin Sulutəpə yaşayış massivində təşkil edilən aksiyanın əsas məqsədi ağac əkininin təşviqinə, Abşeron yarımadasının ekoloji mühitinin yaxşılaşdırılmasına, paytaxtda yaşıllıq sahələrinin salınması və onların mühafizəsinə diqqət cəlb etməkdir.
Prokurorluq əməkdaşlarının keçirdiyi ağacəkmə aksiyasına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstək göstərib.
Əməkdaşların fəallığı ilə müşayiət olunan tədbirdə 1 200-dən artıq şam və zeytun ağacları əkilib, eyni zamanda, həmin ərazidə ötən illərdə əkilən ağaclara aqrotexniki qulluq göstərilib və təmizlik-abadlıq işləri aparılıb.
Əkilən ağacların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub, həmçinin onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.
Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.