Kaladze Tbilisinin meri seçkilərində liderdir - MSK
    • 3-10-2021, 09:00
    • 299

Kaladze Tbilisinin meri seçkilərində liderdir - MSK

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri vəzifəsinə seçkilərin ilkin nəticələri açıqlanıb.

İlkin nəticələri Gürcüstan Mərkəzi Seçki Komissiyası təqdim edib.

Paytaxtın seçki məntəqələrinin 41,61 faizinin səslərinin hesablanmasından sonra, hakim partiyanın nümayəndəsi Kaxa Kaladze 45,5 faiz, müxalifətçi Nika Meliya 34,13 faiz, sabiq baş nazir Qeorqi Qaxariya isə 8,97 faiz səs toplayıb.

Bütün məntəqələrin səslərinin hesablanmasından sonra 50 faizi keçən namizəd olmazsa, iki ən çox səs toplayan namizədin iştirakı ilə ikinci tur keçiriləcək. /Trend/