Azərbaycanda peyvənd olunanların sayı açıqlandı
    • 4-10-2021, 16:07
    • 253

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 061 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 232, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 829 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 738 000, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 808 374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 929 626 təşkil edir.