-
- 6-06-2019, 13:54
- 2 460
Zəhra "Neftçilər"də TAPILDI - YENİLƏNİB
İtkin düşmüş Zəhra tapılıb.
Bunu News24.az-a itkin düşən 3 yaşlı Zəhranın dayısı Əminağa Hüseynov bildirib. Onun sözlərinə görə, Zəhra "Neftçilər" ərazisində tapılıb. Polislər uşağı atasına təhvil veriblər. Hazırda onlar evə gəlirlər.
***
12:45
«Zəhranın oğurlanmasında qaraçılardan şübhələnirik».
Bunu News24.az-a Sabunçu rayonunda itkin düşən 3 yaşlı Zəhranın dayısı Əminağa Hüseynov bildirib. Onun sözlərinə görə, nəzarət kameralarına düşən görüntüdən bəlli olub ki, naməlum şəxs uşağın əlindən tutaraq onu harasa aparır: «Sabunçu rayonunun 70 faizi qaraçılardır, onlardan şübhələnirik. Bizə belə məlumat çatıb ki, bir qadın uşağın əlindən tutub aparıb. Amma hansı yolla aparıb, heç bir kameraya düşməyib. Zəhranı oğurlayan kimdirsə, bu ərazini çox yaxşı tanıyır, arxa məhəllələrlə aparılıb. Həmin yerdə də kamera yoxdur».
Ə.Hüseynov onu da əlavə etdi ki, bir neçə dəfə uşağın tapılması ilə bağlı zənglər gəlsə də, məlumatlar doğru olmayıb: «Üç gün ərzində üz tutmadığımız mənzil qalmayıb. Neçə gündür kimsə deyir, filan yerdə görmüşük, qaçırıq ora. Kim hara deyirsə, tez ora gedirik, amma əliboş qayıdırıq... Bilmirəm, bəlkə də, bizə yalandan xəbər verirlər, hisslərimizlə oynayırlar. Mediada, sosial şəbəkələrdə insanlar bizim bu həssas vaxtımızda diqqətsizlik edirlər. Oturublar internetdə, ağızlarına gələni yazırlar. Biz burda zülüm çəkirik. Yazırlar ki, uşaq tapılıb, halbuki bu sözlərin əsası yoxdur. Anası, atası çox pis vəziyyətdədirlər. Təcili yardım maşını bütün günü qapının ağzında dayanır. İnsanlar dəqiqləşdirmədən zəng eləyib təbrik edirlər, bu vəziyyətdə belə fikirlər yazmaq, dəqiqləşdirmədən nəsə demək doğru deyil axı... Özünüzü bir anlıq onların yerinə qoyun. 3 gündür uşağı axtarırıq».
Ə.Hüseynov onu da əlvə etdi ki, Zəhra fikrini ifadə edə bilmir: «Zəhra həm balacadır, həm də danışığında qüsur var. Mən uşağın dayısıyam, bu günə kimi onun danışığını anlamamışam".
Afaq Mirayiq