Bakı Zooloji Parkı ziyarətçilər üçün açıldı - Giriş qiymətləri nə qədərdir? - FOTOLAR - VİDEO - YENİLƏNDİ
    • 9-10-2021, 16:50
    • 943

Bakı Zooloji Parkı ziyarətçilər üçün açıldı - Giriş qiymətləri nə qədərdir? - FOTOLAR - VİDEO - YENİLƏNDİ

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Bakı Zooloji Parkı qapılarını ziyarətçilərə açıb.

News24.az xəbər verir ki, parkın ilk ziyarətçiləri internat evlərindən və şəhid ailələrindən olan 450 nəfərə yaxın uşaq olub.

Parkın icraçı direktoru Nəzakət İsayeva jurnalistlərə bildirib ki, zoopark hər gün səhər saat 10-dan axşam 17:30-adək ziyarətçi qəbul edəcək. Biletlərin qiyməti böyüklər üçün 5 manat, kiçiklər üçün 2 manat, şəhid ailələri üçün pulsuz, qazilər və övladları, I-II-III qrup Vətən müharibəsi əlilləri, şagird və tələbələr üçün isə güzəştli olacaq. Həmçinin 3 yaşa qədər uşaqların da zooparka girişi pulsuz olacaq.

Nəzakət İsayeva onu da bildirib ki, zooparkın ərazisindəki qapalı məkanlara giriş zamanı COVID-19 pasportu tələb olunacaq: "Ümumiyyətlə, zooparkın ərazisi iki dəfə böyüdülərək 4,25 hektara çatdırılıb. Parkda 125 heyvan növü var. Onlardan 62-si akvaterrariumdadır. Zooparkda "Qırmızı kitab"a düşən heyvan növləri də var".