Bakıda avtomobilin vurduğu piyada öldü
    • 11-10-2021, 12:20
    • 348

Bakıda avtomobilin vurduğu piyada öldü

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 8-də saat 23 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini Əhliman Əsgərov vurulub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Moskviç” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Ə.Abbasov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.