-
- 16-07-2018, 15:44
- 911
Bir tikə çörəyə görə 14 yaşlı uşağı döyənləri hansı cəza gözləyir? – 6 aydan..
Ötən gün Səbail rayonu, İslam Səfərli küçəsi 3-də yerləşən restoranda 14 yaşlı azyaşlı döyülüb.
Restoran işçiləri olan 2 nəfər naməlum şəxs 2004-cü il təvəllüdlü Mirsüleyman Rəhimovu döyüblər. Zərərçəkən uşaq xəstəxanaya çatdırılıb və ona ilkin tibbi yardım göstərilib.
News24.az azyaşlının döyülməsi faktı ilə bağlı 5 saylı Hüquq Məsləhətxanasının vəkili Bəxtiyar Hacıyevlə əlaqə saxladıq. Onun sözləri belə oldu:
“Döyülmə faktı var, bu da cinayət məcəlləsinin 132-ci maddəsi əsasında tənzimlənməlidir. Söhbət fiziki şəxsə qarşı qəsdən xəsarət yetirilməsi, yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilmiş işin ağırlaşdırıcı halından gedir. Hadisəd iki və daha çox şəxs döyən tərəf iştirak edibsə, bu artıq bir qrup şəxs tərəfindən törədilmiş cinayət işi sayılır. Bu əmələ görəAzərbaycan Respublikası Cinayət Məcəlləsində 200 manat dəyərində cərimə və ya 240 saat müddətində ictimai işlər, 6 ayadək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Həmçinin, burda 128-ci maddə (qəsdən sağlamlığa yüngül zərər vurmaq) tətbiq olunmalıdır ki, bu da 300 manat dəyərində cərimə, ya da 1 il ərzində islah işləriylə cəzalanmanı nəzərdə tutur”.
Bundan başqa B. Hacıyev onu da qeyd etdi ki, əslində uşağın törətdiyi əmələ görə, məsulliyyət valideyinin üzərindədir: “Yəni, dəymiş maddi zərərin ödənilməsi valideyn tərəfindən həyata keçirilir. Ona görə də, restoran işlədən tərəf uşağın valideyinlərinə xəbər verməli idi.
Mirsüleyman Rəhimov döyülməsinin səbəbinə gəlincə, o, aldığı dönərin pulunu verə
bilmədiyinə görə, əvvəl təhqir olunub, sonra döyülüb.
Faktla bağlı Səbail RPİ-nin 9-cu Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb. Hazırda 14 yaşlı azyaşlını döyən restoran işçilərinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirlərinə başlanılıb.
Elvin Nüsrətoğlu