Gəncə terrorunda qızını xilas edən atanın ürəyi partlayıb - VİDEO
    • 12-10-2021, 11:06
    • 1 179

Gəncə terrorunda qızını xilas edən atanın ürəyi partlayıb - VİDEO

Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Nilay bu yaxınlarda həmin gecə baş verənlərin bir qismini xatırlayıb.

News24.az xəbər verir ki, bu barədə "Reat TV"nin hazırladığı süjetdə Nilayın nənəsi Sevil Babazadə deyib. O bildirib ki, Nilay uşaqlar oynayanda onun boynuna nəsə atıblar və uşaq boğulan kimi olub. Bu zaman qışqırmağa başlayıb: "Qışqırdı ki, nənə, ata məni götürüb torpağın üstünə qoyub qaçdı. Şahidlərin də sözlərinə görə, Adil həmin vaxt ölməyib, sağ olub. Nilay isə deyir ki, atası onu torpağın üstünə qoyub geri qayıdıb və qışqırıb. Daha sonra isə uçqun olub, nə olub, bilmirəm. Amma Adilin bədənində heç bir xəsarət yox idi. O, torpağın altında qalmamışdı. Sadəcə, kürəyi göyərmişdi. İnfarkt keçirib. Qorxudan ürəyi partlayıb".

S.Babazarə bildirib ki, Nilay atası və anasının öldüyündən xəbərsizdir. Qayıdacaqlarını düşünür.