“Uşaqdan da pul soymağı QƏNİMƏT BİLİRLƏR” - Deputat
    • 18-10-2021, 16:40
    • 273

“Uşaqdan da pul soymağı QƏNİMƏT BİLİRLƏR” - Deputat

“Məktəbliləri Qənimət Parkına aparırlar. Uşağın birinə iki manat ödənişdir”.

News24.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa sosial şəbəkədə yazıb. O, Hərbi Qənimətlər Parkında uşaqlardan pul alınmasına etiraz edib: “Uşaqdan da pul soymağı qənimət bilirlər. Halbuki uşaqlara şərait yaratmaq lazımdır ki, gəlib rahatlıqla ziyarət etsinlər və müharibə haqqında təsəvvürləri formalaşsın. 

Vətənpərvərliyi də ödənişsiz şəkildə təbliğ edə bilmirik”.