Azərbaycanda Adnan Oktarın təriqəti barədə araşdırma başladıldı- VİDEO
    • 16-07-2018, 16:17
    • 967

Azərbaycanda Adnan Oktarın təriqəti barədə araşdırma başladıldı- VİDEO

Azərbaycanda Adnan Oktarın təriqəti barədə araşdırma başladılıb. News24.az xəbər verir ki, bu məlumat Türkiyə KİV-lərində yer alıb.

Bir neçə gün öncə qəfil və xüsusi əməliyyat nəticəsində saxlanılan Adnan Oktar və müridlərinə qarşı 2 min səhifəyə yaxın cinayət dosyesi hazırlanıb. Bu təriqətin 6 ölkədə, o cümlədən Azərbaycanda təşkilatlanması barədə faktlar mövcuddur.

Adnan Oktar barədə şikayətlərə  Almaniya, Avstriya, Hollandiya, Azərbaycan, Qətər və Qazaxıstan da daxil olmaqla 45 şikayət əlavə olunub.

Adnan Oktarın evində aparılan axtarışda böyük sayda videodisklər və kompüter diskləri götürülüb. Həmin disklərdə şantaj məqsədi ilə istifadə olunan intim görüntülərin olduğu təxmin edilir. Disklərin hamısı xüsusi metodla şifrələnib, polis hazırda şifrələri sındırmağa çalışır.
 Qeyd edək ki, Azərbaycandan da şarlatan ilahiyyatçının toruna düşənlər çoxdur. Onlardan bir çoxları hələ saxta hoca ifşa edilməzdən öncə sosial şəbəkələr vasitəsi ilə onunla əlaqə saxlayıb, sevgilərini çatdırmaq istəmişdilər. Bir nümunəni  təqdim edirik: