Prezident Azərbaycanla TDƏŞ arasında imzalanan Anlaşma Memorandumunu təsdiqlədi
    • 19-10-2021, 15:39
    • 423

Prezident Azərbaycanla TDƏŞ arasında imzalanan Anlaşma Memorandumunu təsdiqlədi

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin dövlət orqanları arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu” təsdiq edilib. 

News24.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb. 

Fərmana əsasən, 2021-ci il sentyabrın 10-da Bakı şəhərində imzalanmış “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin dövlət orqanları arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu” təsdiq edilib. 

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

 Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyinə bildiriş göndərsin.