-
- 26-10-2021, 10:40
- 1 324
Bakıda dilənçilik edən uşaq İNANILMAZ FAKTLARI açıqladı: HƏR GÜN 100 MANAT VERİRDİM
Bakıda azyaşlı uşağı dilənçiliyə məcbur edən İmamverdiyev qardaşlarından ikincisi də tutularaq məsuliyyətə cəlb edilib.
News24.az-ın məlumatına görə, Rafayıl İmamverdiyevdən sonra onun “Racu” ləqəbli qardaşı, 1989-cu il təvəllüdlü Razim də polis tərəfindən saxlanılıb və onun abrəsində Cinayət Məcəlləsinin 144-2.2.3-cü və144-2.2.6-cı (məcburi əmək qabaqcadan əlbir olan bir qrup şəxslər tərəfindəıən və azyaşlıya qarşı törədilməklə) maddələri ilə cinayət işi açılıb.
Cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və işə hakim Rasim Sadıxovun sədrliyi ilə baxılıb. Burada məlum olub ki, dilənçiliyə məcbur edilən azyaşlı Rafayıl İmamverdiyevin qaynıdır. Belə ki, 2016-cı ildə Rafayıl Gəncədə evləndiyi Zeynəbi Bakıya gətirib, bu zaman qızın kiçik qardaşı Renat da (adlar şərtidir) Bakıya gətirilib.
Bir müddət sonra isə Rafayıl qardaşı Razimlə birlikdə Renatı dilənçilik işinə cəlb edib və onu təpiklə vəhşicəsinə döyərək qorxudub. Həmçinin o, yeni ailə qurduğu Zeynəbi də dəfələrlə döyərək bacı-qardaşı qorxu içində saxlayıb və azyaşlını qurduğu dilənçilik şəbəkəsinə daxil edib.
Məhkəmədə ifadə verən Renat dəyib: Bacım Rəfayıla ərə gedəndən sonra mən də bacımla birgə yaşamağa başladım. Rafayıl hər gün özünə məxsus maşınla məni metronun Gənclik stansiyasının yaxınlığında yerləşən restoranın yanına apararaq məndil satmağa məcbur edirdi, günün sonunda isə məni həmin yerdən götürür, məndilin satışından əldə etdiyim pulları əlimdən alırdı. Razim isə özünə məxsus maşını ilə metronun yaxınlığında dayanıb mənə nəzarət edirdi ki, heç bir yerə qaçmayım və yaxud da özümə bir şey almayım. O zaman mənim 10 yaşım vardı, məktəbdə oxumaq istəsəm də Rəfayıl buna imkan vermirdi. Artıq Rəfayıl mənə qarşı törətdiyi cinayətə görə məhkəmədə məhkum olunub və cəzasını çəkir. Razim isə qaçıb gizləndiyi üçün sonradan yaxalanıb. Anam və bacım onların qorxusundan mənə heç bir köməklik göstərə bilmirdi.
Hətta bu ikisinin əlindən Gəncə şəhərinə qaçmışdım, orada polis əməkdaşları tərəfindən saxlanılmışdım. Polislər anama xəbər verdikdə anası Razimin maşını ilə Razim və Rəfayılla birlikdə gəlib məni polisdən götürdü. Gəncədən Bakıya gəldiyim zaman Razim məni qaçdığıma görə möhkəm döydü. Bakıya gətirildikdən sonra Razimlə Rəfayılın təzyiqi ilə yenə Gənclik metrostansiyasının yanında məndil satışı və dilənçiliklə məşğul oldum.
Məndillərin birini 50 qəpikdən satırdım, eyni zamanda Razimlə Rəfayıl məndən bahalı avtomobilləri gördüyü halda həmin maşınlara yaxınlaşıb dilənməyə məcbur edirdilər. Rəfayıl mənə gün ərzində 100 manatdan aşağı pul gətirməməyi tapşırmışdı, az pul qazandıqda isə Rəfayıl məni döyürdüş, bu səbəbdən artıq pul qazananda həmin pulu gizlədirdim. Az pul qazandığı gün gizlətdiyim pulu qazandığım pulun üstünə qoyaraq Rəfayıla verirdim. 2 il ərzində məni məcburi olaraq diləndirdilər, həmin tarixdə Bakı şəhəri, 18-ci polis bölməsinin əməkdaşları məni restoranın yaxınlığında görüb polis bölməsinə apardılar.
Orada başıma gələnləri danışdım, bundan sonra məni Azərbaycan Uşaqları İctimai Birliyinin sığınacağına yerləşdirdilər. Hal-hazırda isə xüsusi hərbi məktəbdə təhsil alıram və orada da yaşayıram. Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş ən ağır cəza verilməsini xahiş edirəm”.
Məhkəmədə Renatın anası, bacısı, onun qarşısında diləndiyi restoranın mühafizəçisi və digər şahidlər onun dediklərini təsdiq ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsi Rafayıl İmamverdiyevdən sonra onun qardaşı Razimi də 8 il müddətinə həbs cəzasına məhkum edib.