-
- 29-10-2021, 11:20
- 1 902
Bakıda lezbiyan həkimin başına gələnlər hər kəsi ŞOKA SALACAQ: 2 bacı onu TORA SALDI...
Bakıda cinsi azlıq nümayəndəsi olan qadından hədə-qorxu yolu ilə xeyli miqdarda pul alan 3 qadın barəsində cinayət işi açılıb.
News24.az-ın məlumatına görə, Cəlilabad rayon sakini olan 1995-ci il təvəllüdlü Zeynəb Babayeva, onun 199-cü il təvəllüdlü bacısı Aygün və rəfiqəsi, 1988-ci il təvəllüdlü Gülnar Axundova barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan məhkəmə prosesində şok faktlar üzə çıxb. Məlum olub ki, Cəlilabad rayon sakini olan bacılar və onların rəfiqəsi qrup şəklində cinsi azlıq nümayəndəsi olan (lezbiyan) Lalə Qurbanovanı şantaj edərək 6 min manat alıblar. Belə ki, Zeynəb Babayeva onunla dəfələrlə intim münasibətdə olan Lalədən pul almaq məqsədilə guya onların seksual xarakterli hərəkətlər etməsi zamanı bacısı Aygünün video çəkdiyini deyib. Videonun yayılacağı hədəsi ilə Laləni şantaj edən Zeynəb bacısı və rəfiqəsinin də iştirakı ilə ondan dəfələrlə pul alıb.
Məhkəmədə ifadə verən zərərçəkən qadın Zeynəbi 3 ildən artıqdır tanıdığını və aralarında intim münasibət olduğunu bildirib. O, qeyd edib ki, cinsi azlıq kimi münasibətdə olduğu qadın pulu ondan bacısı Aygün və Rəfiqəsi Gülnar vasitəsilə müxtəlif hədələrlə alıb.
“Zeynəblə 3 il əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olmuşam, rəfiqə kimi aralamızda normal münasibət olub və ailəvi gediş-gəlişimiz olub. Zeynəb əvvəllər «Nefçilər» metrostansiyası yaxınlığında kirayə yaşayırdı və həmin mənzilə onun yanına gedib-gəlmişəm. Sonra isə Zeynəb həmin mənzildən çıxaraq, həmin ərazidə başqa evə köçdü. 2020-ci ilin avqust ayında Zeynəb mənə zəng edərək yaşadığı evi təmir etdiyinə görə təmizlik işlərinə köməyə ehtiyacının olduğunu dedi. Ona təmizlik işlərində kömək etdikdən sonra Zeynəb mənə soyunmağı və onunla seksual xarakterli hərəkətlər etməyi təklif etdi. Onun təklifi ilə razılaşaraq öz xoşumla əynimi soyunaraq Zeynəblə seksual xarakterli hərəkətlər etdim. Mən Zeynəbin «lezbiyanka», yəni qadınla seksual xarakterli hərəkətlərlə məşğul olduğunu əvvəldən bilirdim. Bundan təxminən bir neçə gün sonra Zeynəb mənə zəng edərək polisdə işinin olduğunu və bu məqsədlə ona 2000 manat borc pul verməyimi bildirdi. Mən də Zeynəblə tanış olduğumdan və ona inandığımdan 2000 manat pulu Zeynəbin təqdim etdiyi bank kartına yüklədim. Zeynəb həmin pulu borc kimi aldığını və yaxın zamanda qaytaracağını bildirmişdi. 2020-ci ilin dekabr ayınadək Zeynəblə münasibətlərimiz normal olub. 2020-ci ilin avqust ayından 2020-ci ilin dekabr ayınadək olan müddət ərzində Zeynəb, eləcə də bacısı Aygün məndən müxtəlif bəhanələrlə ümumilikdə 8000 manat pul alıblar. Mən Zeynəbdən borcunu geri istədikdə Zeynəb imkanının olmadığını və 2021-ci ilin aprel- may ayında borcunu tam ödəyəcəyini bildirib. Son vaxtlarda da Zeynəb məndən borc istəsə də, ona pul verə bilməmişəm. Elə buna görə də Zeynəb məndən hədə-qorxu ilə pul tələb etməyə başladı. Belə ki, 2020-ci ilin dekabr ayında o, mənə zəng edərək bildirdi ki, yaşadığı evdə onunla 2020-ci ilin avqust ayında seksual xarakterli hərəkətlər edərək intim münasibətdə olarkən bacısı Aygün bizi mobil telefonla videoya çəkib. Ona görə də, həmin görüntüləri telefondan sildirmək üçün 2000 manat Aygünə pul göndərməyimi tələb etdir. Eyni zamanda Aygün də mənə onda görüntülərimin olduğunu və pulu göndərməsəm həmin görüntüləri ailə üzvlərimə göndərəcəyi və sosial şəbəkələrdə yayacağı ilə hədələdi. Mən də ailəm bilməsin və rüsvay olmayım deyə, «Beynəlxalq Bank»dan 2000 manat kredit götürüb həmin pulu oğlum vasitəsilə Zeynəbin təqdim etdiyibank kartına yüklədim. Bundan sonra, 2021 -ci ilin yanvar ayında özünü Zeynəbin rəfiqəsi kimi təqdim edən Gülnar adlı şəxs mənə zəng edərək Zeynəbin bacısını döydüyünə görə polislər tərəfindən saxlanıldığını və onu azad etmək üçün 4000 manat lazım olduğunu bildirdi. Pul göndərməyəcəyim təqdirdə Zeynəblə olan intim videogörüntümü ailəmə göstərəcəyini və sosial şəbəkələrdə yayacağını dedi. Həmçinin bildirdi ki, əgər həmin məbləğdə pulu göndərməsəm polislərə deyəcək ki, Aygünü Zeynəblə birlikdə guya mən də döymüşəm. Gülnar da mni şantaj edərək Zeynəbin hesabına 4000 manat pul göndərməyini tələb etdiyinə görə yenə hissə-hissə həmin hesaba pulu göndərdim”.
Zərərçəkmiş qadın əlavə edib ki, polisə müraciət etməmişdən təxminən 3-4 gün öncə Zeynəbin bacısı Aygün ona zəng edərək bildirub ki, Zeynəbdən aldığı 2 ədəd «Samsung» markalı mobil telefonlar ona məxsusdur və onlar geri qaytarsın: “Lakin həmin telefonlardan birini 350 manata, birini isə 100 manata Zeynəbdən öz pulumla almışdım. Həmçinin şantaj ediliyim görüntüləri görməmişəm. Belə ki, o Zeynəbə dəfələrlə həmin görüntüləri mənə göndərməsini bildirsəm də, o həmin görüntüləri mənə göndərməkdən imtina edib. Odur ki, həmin video görüntülərin mövcudluğu barəsində hər hansı bir məlumatım yoxdur. Zeynəblə intim münasibətdə olub qurtardıqdan sonra digər otaqdan Aygünün çıxdığını görmüşəm. Lakin Aygünün həmin vaxt bizim intim münasibətimizdən xəbərinin olub-olmadığını, eləcə də həmin münasibəti video görüntü vasitəsi ilə qeydə alıb-almadığını bilmirəm. Oğlumun mənimlə Zeynəb arasında intim münasibətin olmasından və Zeynəbin həmin məbləğlərdə pulu məndən nə məqsədlə almasından xəbəri olmayıb. Təqsirləndirilən şəxslər tərəfindən mənə dəymiş 6.000 manat pul ödənilib. Hazırda təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbim yoxdur. Onlarla barışmışam və onları bağışlayıram”.
Məhkəmədə ifadə verən Zeynəb Babayeva və bacısı Aygün törətdikləri əməli etiraf ediblər.
O da məlum olub ki, şantajla pul tələb edən 2 bacı və onların rəfiqəsi olan Gülnar polisə müraciət daxil olandan dərhal sonra saxlanılıblar və məhkəmə qərarı ilə həbs ediliblər.
Məhkəmə prosesində Aygün və Gülnarın Bakıda xəstəxanalardan birində çalışan Laləyə göndərdiyi səsli mesajlar da tədqiq edilib. Həmin səs yazılarında şantajçlar Lalə Qurbanovanı videosunu ərinə, iş yoldaşlarına, baş həkiminə və sair insanlara göstərib onu rüsvay edəcəklərini bildiriblər.
Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxslərin 3-nün də üzərindən həbsi götürüb və 6 aya yaxın təcridxanada saxlanılan Zeynəb Babayeva, Aygün Babayeva və Gülnar Axundova barəsinə şərti cəza təyin edilib, onlar məhkəmə zalından azadlığa buraxılıblar.