-
- 29-10-2021, 15:35
- 412
Döyüş iştirakçısı olan məzun və tələbələrin əsərlərindən ibarət sərgi keçirilib - Foto
Oktyabrın 29-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) məzunu, Aprel döyüşlərində şəhid olan Samir Kaçayev və akademiyanın 44 günlük Vətən müharibəsində iştirak etmiş tələbə və məzunlarının əsərlərindən ibarət sərgi təşkil edilib.
News24.az xəbər verir ki, sərgi Təhsil Nazirliyinin təşkilatçılığı və ADRA-nın dəstəyi ilə keçirilib.
Sərgidə təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, ali məktəblərin prorektorları, akademiyanın, eləcə də digər ali təhsil müəssisələrinin Vətən müharibəsində iştirak etmiş tələbə və məzunları iştirak ediblər.
Sərginin təşkilində məqsəd 44 günlük Vətən müharibəsi, eləcə də Aprel döyüşlərində şəhid olan məzunlarımızın xatirəsinin anılması, müharibədə iştirak edən tələbə və məzunlarımıza diqqət və qayğının ifadəsi olub.
Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sərgidə açılış nitqi ilə çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov məlumat verib ki, ADRA-nın “Təsviri sənət” fakültəsinin “Heykəltəraşlıq” kafedrasının məzunu, 2016-ci il aprel döyüşlərində şəhid olmuş, gənc heykəltəraş Samir Kaçayev 22 illik ömründə 30 heykəltəraşlıq işinə imza atıb.
Sərgidə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində müzəffər Ordumuz işğal altında olan torpaqlarımızı azad edərək bizə bu qələbəni bəxş etdi. Nazir müavini rəşadətli ordumuzun əldə etdiyi şanlı zəfərdə tələbələrin, təhsil işçilərinin böyük rolu olduğuna toxunub. 8 noyabr – Zəfər Günü ilə bağlı ölkə səviyyəsində müxtəlif tədbirlərin təşkil edildiyini qeyd edən Firudin Qurbanov bugünkü sərginin də bu yöndə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbirdə ADRA-nın müəllimi, heykəltəraş Zamiq Rzayev, Samir Kaçayevin atası Ziyatin Kaçayev də çıxış edərək göstərilən diqqətə görə təşəkkürlərini ifadə ediblər.
Daha sonra şəhid məzun Samir Kaçayevin, eləcə də akademiyanın 44 günlük Vətən müharibəsi iştirakçısı olmuş tələbə və məzunlarının əsərlərindən ibarət sərgiyə baxış keçirilib.