-
- 3-11-2021, 13:41
- 556
Təhsil Nazirliyi AÇIQLADI: “Ermənilərin dağıtdığı məktəblər YENİDƏN TİKİLİR”
“Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Tərtər rayonuna mediatur təşkil edilib”.
News24.az-ın Tərtərə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov jurnalistlərə açıqlamasında bildirib ki, mediatur çərçivəsində erməni vəhşiliyi fonunda dağıdılan, Şıxarx kəndində yerləşən 1 nömrəli məktəbə baxış keçiriləcək: “Binanın həyətində zəfər qəhrəmanlarına həsr olunan “Zəfərdən yaşıl düşüncəyə” adlı ağacəkmə kampaniyası olacaq. Daha sonra isə Vətən müharibəsində döyüşən 760-dan çox təhsil işçilərindən 10 nəfəri Tərtər müəllimləridir. Biz onlarla görüşəcəyik”.
Nazirliyin sözçüsü vurğulayıb ki, Tərtərdə son 10 ildə 18 məktəb erməni vandalizminə məruz qalıb: “2 məktəb isə tamamilə dağıdılıb. Tək Tərtərdə yox, digər bölgələrimizdə erməni vəhşiliyinin qurbanı olan məktəblərimizin təmiri, bərpası və əsaslı yenidən qurulması ilə bağlı müvafiq proqram həyata keçirilir”.
Ülkər Qasımova