Ermənistanda etiraz aksiyası - Yollar bağlandı
    • 3-11-2021, 15:05
    • 545

Ermənistanda etiraz aksiyası - Yollar bağlandı

Yerevanda İkinci Qarabağ Müharibəsi zamanı ölən və itkin düşənlərin yaxınları Respublika meydanı və hökumət binası ilə bitişik Tiqran Mets küçəsini bağlayıblar.

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, etirazçılar baş nazir və bir sıra idarə rəhbərləri ilə görüş tələb edirlər.

Ermənistanın Baş naziri Nikol Paşinyanın köməkçisi Qaqik İsaxanyan bildirib ki, etirazçıların tələbini yaxın vaxtlarda baş nazirə çatdırmağı planlaşdırır.

Lakin onun sözlərinə görə, Nikol Paşinyan axşam saat 9-a qədər məşğul olacaq.