Şagirdlərin dərsə davamiyyəti ilə bağlı NAZİRLİKDƏN AÇIQLAMA
    • 3-11-2021, 17:29
    • 1 012

Şagirdlərin dərsə davamiyyəti ilə bağlı NAZİRLİKDƏN AÇIQLAMA

Hər gün mütəmadi olaraq ölkə ərazisində fəaliyyət göstərən məktəblərdə şagird davamiyyəti barədə məlumatlar toplanılır. Bu sahədə hər hansı ciddi problem müşahidə olunmur. 

Bunu News24.az-a açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib: "Indiki vəziyyətlə pandemiya dönəmindən əvvəlki zamanla müqayisədə elə ciddi dəyişiklik hiss olunmur.  Hazırda şagirdlərin dərsə davamiyyəti qənaətbəxşdir. Yəni bununla bağlı bir sıxıntı görünmür". 

Nazir rəsmisinin sözlərinə görə, pandemiya şəraitində tədrisin təşkili ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı icra olunur. Məktəblərdə tədrisin təşkili də məhz həmin qaydalar əsasında keçirilir. Məktəblərdə mütəmadi şəkildə dezinfeksiya işləri aparılır. Şagird və müəllimlərin hərarəti gündəlik olaraq ölçülür. Hər hansı şübhəli məqam olduğu təqdirdə sanitar-epidemioloji qurumlar tərəfindən yerində yoxlanış keçirilir və məsələ aktlaşdırılır. Qərarın nəticəsindən asılı olaraq məktəb barədə qərar verilir" - O.Abbasov əlavə edib.