Firəngiz Mütəllimovanın səhhətində problem yarandı
    • 4-11-2021, 12:38
    • 1 058

Firəngiz Mütəllimovanın səhhətində problem yarandı

Xalq artisti Firəngiz Mütəllimovanın səhhətində problem yaranıb. 

News24.az-a açıqlama verən aktrisa bildirib ki, belində ciddi ağrılar var və bununla bağlı müalicə olunur. Bu səbəbdən də o, ötən gün Akademik Milli Dram Teatrında keçirilən Xalq artisti Yaşar Nurinin 70 illik yubiley tədbirinə qatıla bilməyib. 

Səhhətindəki bu problem tamaşalarda çıxış etməsinə də imkan vermir. Eyni zamanda koronavirusa yoluxmaq təhlükəsindən qorunmaq üçün evdən çıxmamağa çalışır: "Mən əməliyyat keçirmişəm, bu üzdən hələlik vaksin oluna bilmirəm. Ona görə də risk qrupuna aidəm. Teatr rəhbərliyindən xahiş etmişəm ki, məni hələlik tamaşalardan kənarda saxlasınlar. Özümü ciddi qorumalıyam. İnşallah,  zəfərlə və müharibəyə aid tamaşalar qoyulacaq. O zamana qədər səhhərim yaxşılaşar və mən də səhnəyə çıxaram". 

Teymur Məmmədov