Dərsliklərdə səhv: “Qəhrəman” sözü “qəyrəman” oldu - FOTO
    • 4-11-2021, 18:04
    • 528

Dərsliklərdə səhv: “Qəhrəman” sözü “qəyrəman” oldu - FOTO

3-cü siniflər üçün hazırlanmış “Azərbaycan dili” dərsliyində sözlər səhv yazılıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, 3-cü siniflər üçün “Azərbaycan dili” dərsliyində “qəhrəmanlar” sözü “qəyrəmanlar” kimi yazılıb. 

Eyni zamanda, “Xiyabanını” sözünün yazılışında da yanlışlığa yol verilib. Belə ki, həmin sözlə “X” hərfi böyüklə yazılıb. 

Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 3-cü siniflər üçün Azərbaycan dili (dövlət dili) dərsliyinin 25-ci səhifəsində “qəhrəman” sözü 11 dəfə müxtəlif formalarda işlədilib:

“Bunlardan ikisində hərf səhvi buraxılıb ki, bunu da nəşriyyat (XXI əsr – Yeni nəşrlər evi) texniki qüsur kimi qələmə verir.

Bildiririk ki, həmin dərsliyin istifadə müddəti cari tədris ilinin sonunda bitir və növbəti ildə dərslik daha keyfiyyətli dərsliklə əvəz ediləcək”.