“Hər dövlətin müstəqillik günü var, amma hər dövlətin Zəfər günü yoxdur!” - Adil Əliyev
    • 5-11-2021, 12:21
    • 359

“Hər dövlətin müstəqillik günü var, amma hər dövlətin Zəfər günü yoxdur!” - Adil Əliyev

"Dünyada mövcud olan dövlətlərin hamısının müstəqillik günü var. Amma hər müstəqil dövlətin Zəfər günü olmur. Müstəqillik gününün təyini və ya müstəqilliyin elan olunması formal xarakterli prosessdir. Zəfər Günü isə ya faktiki müstəqilliyə aparır ya da formal baxımdan elan olunmuş müstəqilliyin faktiki təmin olunması və təntəsinin təzahürü kimi çıxış edir".

News24.az xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini Adil Əliyev deyib. O, Zəfər Gününün unikal xüsusiyyəti ondan ibarət olur ki, həmin gün sakrallaşır, müqəddəsləşir və ümummilli xarakter alır deyə bildirib: "Bu sakrallaşma prosesində isə xüsusi məna daşıyan, simvolika ilə zəngin yer və şəhərlərin önəmi böyükdür. Dünya təcrübəsi də bunu təsdiq edir. Buna ən bariz nümunə türk xalqının  Çanaqqala zəfərini göstrəmək olar. Eləcə də Ruslar üçün Stalinqrad və ya Leninqrad [müvafiq olaraq indiki Volqaqrad və Sankt Peterburq] oxşar məna daşıyır. Yəni Zəfər Günü həm də sakrallaşmış yerlər, şəhərlər və orada baş vermiş döyüşlərlə bağlı olur. Azərbaycan üçün bu əfsanəvi Şuşa döyüşünün baş verdiyi və əsgərlərimizin misilsiz qəhrəmanlıq və qələbəsilə tamamlanmış 8 noyabr Zəfər günüdür.
Zəfər Gününün və sakrallaşmış şəhərlərin ən başlıca əhəmiyyəti ondan ibarətdir ki, sakrallaşma dini xarakter daşımır və buna görə də hər şeydən öncə milli səviyyədə universal birlədşdirici faktor rolu oynayır. Şuşa döyüşündəki qəhrəmanlıq və qələbə Azərbaycanlıları dini, etnik, dil və sair mənsubiyyətindın asılı olmayaraq bir xalqın, bir müllətin övladları kimi hiss elətdirdi və birləşdirdi. Başqa sözlə desək, bu gün Ulu Öndər Herdər Əliyevin Azərbaycançılıq məfkurəsinin real həyatdakı təcəssümü oldu.  Britaniyalı siyasi mütəfəkkir  Benedikt Anderson qeyd edir di ki, millət bir xəyali birlikdir və millətə mənsub olan insanların hamısı əslində real həyatda bir-bilərini tanimirlar, görmürlər və bu heç mümkün də deyildir, amma ortaq dəyərlər və amillər onları vahid bir toplum kimi çıxış etməyə, vahid səslə danışmağa, mövcud olmağa təşviq edir. Andersonun bu fikirlərini Azərbaycan kontekstinə tətbiq etsək, Zəfər günü və Şuşa Azərbaycan xalqının bir-birini tanımadan, görmədən ətrafında birləşdiyi və dəmir yumruğa çevrildiyi müqəddəs məqamdır. 

Zəfər Günü döyüş günü olsa da, müharibənin əsas tərkib hissəsi olsa da, o həm də mahiyyət etibarilə sülh günü mənasını kəsb etmişdir. Məhz Zəfər günü sülhün bünövrəsi qoyuldu. Şuşa uğrunda əsas döyüşlərdə Azərbaycanın qələbəsi nəticəsində Şuşanın azad edilməsi düşmən tərəfə sülhə və kapitulyasiyaya imza atmağdan başqa yol qoymadı. Beləliklə, Laçın, Kəlbəcər və Ağdam kimi böyük ərazilərimiz bir güllə atılmadan, dinc yolla Azərbaycan qaytarıldı. Bu sülh idi. Zəfər gününün, Şuşa döyüşünün gətirdiyi sülh!

Bu döyüş və Zəfər günü qəhrəmanlıq və simvolikanın üzvi vəhdətdə olduğu məqamdır və millətin ruhunu özündə ehtiva edir və gələcək nəsillərə ötürür. Bu günün meydana gəlməsində üç əsas aparıcı qüvvə olmuşdur: Xalq, Ordu və Ali Baş Komandan. 

Azərbaycan xalqının tarixində çoxlu qəhrəmanlıq səhifələri və xüsusən də fərdi və ya epizodik xarakterli qəhrəmanlıq nümunələri olmuşdur. Amma məhz ikinci Qarabağ müharibəsi və onun kulminsiya nöqtəsi olaraq 8 Noyabrda Şuşanın azad edilməsi qəhrəmanlığın fərdi və ya epizodik səviyyədən ümummilli zəfərə çevrilməsini təmin etdi. Nəticədə son iki yüz ildən artıq müddətdə müxtəf xarici və imperial qüvvələrin erməni fakrotundan alət kimi istifadə edərək Azərbaycana qarşı apardığı məkrli planlara sarsıdıcı zərbə endirildi.  

Beləliklə, təkcə Azərbycan üçün deyil, həm də bütün region üçün yeni sülh və inkişaf mərhələsinin bünövrəsi Zəfər günündə qoyulmuş oldu. Bu mərhələnin əsas təminatçılarından biri Azərbaycan və Türkiyə arasında “Bir Millət, İki Dövlət” fəlsəfəsinə əsaslanan münasibətləri yeni mərtəbəyə yüksəldən Şuşa Bəyannaməsidir. Bu isə daha bir unikal reallığı üzə çıxarır ki, Azərbaycanın zəfəri regionda və ya dünyadakı geosiyası şəraitin nəticəsi deyildır, əksinə özü regionda yeni geosiyasi reallıq formalaşdırır. 

Allah bütün şəhidlərimizə rəhmət etsin!"