Zülfiyyə Xanbabayeva Cıdır düzündə
    • 6-11-2021, 10:44
    • 1 059

Zülfiyyə Xanbabayeva Cıdır düzündə "ŞUŞANIN DAĞLARI"NI OXUDU - VİDEO

Xalq artisti Zülfiyyə Xanbabayeva "Şuşanın dağları" mahnısını Cıdır düzündə ifa edib.

News24.az-ın məlumatına görə, sənətçi Şuşa Şəhəri Dövlət Qoruğunun dəstəyi və “Fire Land  Production”ın təşkilatçılığı ilə həyata keçirilən “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində ifasını təqdim edib.

Həlim səsli sənətkarın ifası sanki Cıdır düzündən bütün Qarabağa səsləndi, keçmişlə gələcəyi anlatdı, qəhrəmanların ruhunu andı.

Görüntüləri təqdim edirik: