Qonaq getdiyi evdən OĞURLUQ ETDİ - FOTO
    • 6-11-2021, 11:23
    • 284

Qonaq getdiyi evdən OĞURLUQ ETDİ - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinə müraciət edən rayonun Göytəpə kənd sakini ona məxsus evdən 6850 manat dəyərində qızıl-zinət əşyalarının və 300 manat pulun oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar keçirilən əməliyyat zamanı həmin cinayət əməlini törədən şəxsin zərərçəkmişin qohumu Z.Piriyeva olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.