-
- 10-11-2021, 11:11
- 837
Azərbaycanda gəlini ilə mübahisə edən qayınana diri-diri yanaraq öldü - ŞOK TƏFƏRRÜAT
Xaçmazda 30 yaşlı kişinin yaşadığı evi yandırarkən anasını da yandırması və qadının yanaraq ölməsi hadisəsinin səbəbləri məlum olub.
News24.az-ın məlumatına görə, hadisə Xaçmaz şəhər M.Ə.Sabir küçəsi 9 saylı fərdi evdə baş verib. Orada yaşayan 1990-cı il təvəllüdlü Vüqar Kazımov ailədə yaranmış söz-shbətlərə görə atasından qalan, anasının, qardaşının və özünün ailəsi iləb irgə yaşadığı mənzili yandırmaq qərarına gəlib. Bu zaman dəhşətli hadisə baş verib və üstünə benzin dağılan Vüqarın anası da alovlar içində qalıb. Ağır vəziyyətdə Bakıdakı Respublika Yanıq Mərkəzinə gətirilən Firəngiz Kazımova 1 gün sonra vəfat edib.
Hadisəni törədən Vüqar Kaızmov barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş açılıb. İş üzrə Xaçmaz rayon Məhkəməsində məhkəmə prosesi keçirilib. Hakim Xıdır Quliyevin sədrliyi ilə keçirilən məhkəmədə çıxış edənlərin hamısı Vüqarın ailə qurmasından sonra ailədə söz-söhbətlərin yaranmasını bildirib. Belə ki, Firəngiz Kazımova oğlunun N.N ilə evlənməsinə qarşı çıxıb. Onun digər oğlu E.K da anasının mövqeyindən çıxış edib və onlar Vüqarın həyat yoldaşını evdən qovmağa çalışıblar. Dəhşətli hadisə də bu zəmində baş verib. İfadə verən təqsirləndirilən şəxs məhkəmədə deyib:
“Arvadım N.N ilə anam Firəngiz və qardaşım E.K arasında tez-tez ailə-məişət zəminində münaqişələr baş verirdi. Münaqişənin əsas səbəbi qardaşım və anamın mənim həmin qadınla evlənməyimə qarşı çıxaraq bu evliliyi istəməmələri olub. Ona görə də anam və qardaşım mənim ailəmə qarşı qərəzli münasibət bəsləyib, bizim həmin evdə yaşamamıza etiraz edib və nəticədə aramızda mübahisələr yaranıb. Hadisə baş verən gün saat 18 radələrində evdə olarkən həyətdə qışqırıq səsləri eşidib həyətə çıxdıqda anamla yoldaşımın mübahisə etdiklərini gördüm. Mübahisə yenə ev üstündə olmuşdu, anam bizi evdən qovmaq istəyirdi, arvadı isə buna etiraz edirdi. Araya girib onları sakitləşdirdim, sonra isə evə girib yatdım. Çox keçmədən yenidən dava-dalaş səsləri eşidib yenidən həyətə çıxdım, anam ilə arvadımın mübahisə etdiklərini görüb artıq əsəblərimi cilovlaya bilməyib özündən çıxdım, bu mübahisəyə birdəfəlik son qoymaq üçün evin həyətində olan plastik qabdakı benzini götürüb evin içərisinə tökməyə başladım, bunu görən arvadım və anam əlimdəki benzin qutusunu tutub mənə mane olmağa çalışırdı. Həmin vaxt benzin ehtiyatsızılıqdn onların da üstünə tökülmüşdü. Arvadım qorxudan bayıra qaçdı, mən isə evdən götürdüyüm kibritlə anamın qaldığı evi yandırdım və əlimdəki benzin qutusunu da alovun içərisinə atdım. Anası Firəngiz bunu görüb evin girişində olan xalçaları söndürmək istəyərkən onun üzərində olan geyim əşyaları qəflətən alışdı və yanmağa başladı. Anamı alov bürüdüyünü görüb vedrəyə su doldurub üstünə tökərək onu söndürdüm. Az sonra həyətə qonşular gəldi, qonşuların köməyi ilə yanan evi söndürdük, anam Firəngizi isə təcili tibbi yardım avtomaşını ilə Xaçmaz rayon mərkəzi xəsatəxanasına apardılar. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəldilər. Anamı qəsdən öldürmək niyyətim olmayıb, sadəcə olaraq evi yandırmaq istəyərkən ehtiyatsızlığı üzündən benzin anamın üzərinə sıçrayıb, o da evi söndürməyə çalışarkən qəflətən alışıb yanıb. Hadisədən 1 gün sonra anam Bakıda vəfat etdi. Əməlimdən dərin peşmançılıq hissi keçirirəm”.
Məhkəmədə çıxış edən şəxslərin hamısı Vüqarın dediklərini təsdiqləyib. Vəfat edən qadının digər oğlu da qardaşından şikayətçi olmadığını bildirib.
Xaçmazda şirkətlərdən birində fəhlə kimi çalışan Vüqar barəsində məhkəmə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarıb və onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verilib.