"News24.az"-ın baş redaktoru Müdafiə Nazirliyi tərəfindən TƏLTİF OLUNDU - FOTO
    • 10-11-2021, 17:02
    • 642

"News24.az"-ın baş redaktoru Müdafiə Nazirliyi tərəfindən TƏLTİF OLUNDU - FOTO

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi, “Fire Land Production”ın təşkilatçılığı ilə  keçirilən “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində şəhid ailələrini və övladlarını əhatə edən tədbirlərdə aktiv iştirakına görə, bir sıra ictimaiyyət nümayəndələri nazirlik tərəfindən mükafatlandırılıb. 

News24.az-ın məlumatına görə, təltif olunan şəxslərin siyahısında Xəzər TV-nin Baş direktoru Murad Dadaşov, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov, Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin prezidenti Azər Xəlilov, News24.az xəbər portalının baş redaktoru Ülkər Qasımova, tanınmış və sevilən aparıcılar Leyla Quliyeva, Lalə Azərtaş, xalq artistləri Alim Qasımov, Rasim Balayev, Mənsum İbrahimov, Natiq Şirinov, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Azər Zeynalov, Röya Ayxan, Tünzalə Ağayeva, Təranə Muradova və digər şəxslərin adları yer alıb. 

Hər iki layihəınin rəhbəri Cəlal Qurbanov da təltif olunanlar arasındadır.