42 mindən çox şəxs vaksin olundu
    • 11-11-2021, 16:38
    • 312

42 mindən çox şəxs vaksin olundu

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42 265 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 988, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 981, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 24 296 nəfərdir.