Yerüstü piyada keçidindən pəncərələri oğurladı
    • 13-11-2021, 12:16
    • 1 090

Yerüstü piyada keçidindən pəncərələri oğurladı

Hövsanda oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hövsan qəsəbəsi ərazisindəki yerüstü piyada keçidinin pəncərələrini və çərçivə dayaqlarını oğurlamaqda, həmçinin rayon ərazisindəki bir evdən 2560 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini R.Məmmədov saxlanılmışdır.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.