Azərbaycan-Qətər matçı heç-heçə bitdi - FOTO
    • 14-11-2021, 22:50
    • 640

Azərbaycan-Qətər matçı heç-heçə bitdi - FOTO

Futbol üzrə Azərbaycan millisi Bakı Olimpiya Stadionunda Qətər yığması ilə yoldaşlıq oyunu keçirib.

News24.az xəbər verir ki, oyun 2:2 hesabı ilə heç-heçə başa çatıb. 

***22:00
Yığmamız bu gün Qətər millisi ilə yoldaşlıq oyununa çıxıb.

News24.az xəbər verir ki, Canni De Byazinin yetirmələri fasiləyə bərabərliklə yollanıblar.

Hesabı 23-cü dəqiqədə Qətər millisinin hücumçusu Almoez açıb. Oyunun 36-cı dəqiqəsində Qətərin qapısına təyin olunan penaltini dəqiq yerinə yetirən Emin Mahmudov tabloda rəqəmləri bərabərləşdirib.

Qeyd edək ki, Qətər millisi DÇ- 2022-yə  ev sahibliyi etdiyi üçün mundiala birbaşa vəsiqə qazanıb.

Fotoları təqdim edirik:

Foto: Teymur Məmmədov