Qəbristanlıqdan sinə daşını oğurladı  - Bakıda ŞOK OLAY
    • 15-11-2021, 11:51
    • 296

Qəbristanlıqdan sinə daşını oğurladı - Bakıda ŞOK OLAY

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə noyabrın 9-da Hövsan qəsəbəsi ərazisində yerləşən qəbristanlıqdakı bir məzardan sinə daşının oğurlanması barədə məlumat daxil olub. 

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov müəyyən edilərək saxlanılmışdır.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Şamaxı rayon sakini olan qardaşı və Bakı şəhər sakini V.Haşımovla birgə ayrı-ayrı vaxtlarda Səngəçal qəsəbəsi ərazisində yerləşən qəbristanlıqda daha 4 məzardan məzar daşlarını oğurlamaları da müəyyən edilib. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.Məmmədov və V.Haşımov da saxlanılıb.