Yevlaxda məzarın aliminium barmaqlarını oğurladılar
    • 15-11-2021, 11:54
    • 283

Yevlaxda məzarın aliminium barmaqlarını oğurladılar

Yevlax Rayon Polis Şöbəsinə Malbinəsi kənd qəbristanlığındakı 2 məzarın ətrafından 4000 manat dəyərində olan aliminium barmaqlıqların oğurlanması barədə məlumat daxil olub. 

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri B.Qarayev və X.Musayev müəyyən edilərək saxlanılıb. 

Araşdırma aparılır.