Yevlaxda 4 yaşlı qıza qarşı cinayət
    • 31-05-2021, 18:02
    • 374

Yevlaxda 4 yaşlı qıza qarşı cinayət

Mayın 30-da Yevlax şəhəri ərazisində naməlum şəxsin 4 yaşlı qıza zor tətbiq edərək qızıl boyunbağısını talaması barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini H.Əsgərov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır. /Publika.az/