Azərbaycan əsgərləri altı erməni hərbçisini SAXLADI
    • 16-11-2021, 15:53
    • 402

Azərbaycan əsgərləri altı erməni hərbçisini SAXLADI

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribat nəticəsində altı erməni hərbçi Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılıb.

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindəki mənbələri məlumat yayıb.