-
- 18-11-2021, 12:21
- 833
Feysbukda yardım kompaniyası başladan ÜLKƏRİN ACI TALEYİ – Pulları oğurlandı, özü öldü
Xətai rayon Məhkəmsində Kürdəmir rayon sakini, 1992-ci il təvəllüdlü Ramil Kərimov barəsində Cinayət Məcəlləsinin 177.2.3-1-ci (oğurluq-elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi yekunlaşıb.
News24.az-ın məlumatına görə, istintaq zamanı məlum olub ki, müasir texnologiyaları yaxşı bilən Ramil sosial şəbəkədə müalicəsi üçün yardım kampaniyası başladan qadını aldadaraq onun kartındakı pulları ələ keçirib. Belə ki, gənc oğlan təcili ürək əməliyyatına ehtiyacı olan Ülkər Qulamova zəng edərək ona 5 min manat yardım etmək istədiyini deyərək qadının bank kartının bütün məlumatılarını ələ keçirib.
Bundan sonra o, müdirindən bank kartı istəyərək bir nəfərin ona borcu olduğunu, kartına pul yollayacağını deyərək Ülkərin kartındakı pulları müdirinin anasına məxsus pensiya kartına istiqamətləndirib və vəsaiti nağdlaşdırıb.
Kartından pul oğurlanan Ülkər isə ona edilmiş maddi yardımlar hesabına əməliyyat edilsə də, vəfat edib.
Məhkəmədə ifadə verən zərərçəkənin varisi Ramili bağışlamadığını deyib:
“Mərhum mənim bacımdır. Əslən Naxçıvan MR-nın Ordubad rayonundanıq. Son zamanlar Ülkərin səhhətində problem yarandığı üçün onu Ordubad şəhərində həkimə aparmışdıq. Lakin həkimlər Ülkərin ürəyində çox ciddi problem olmasını və onun cərrahi əməliyyat edilməsini bildirdilər. 15 sentyabr 2020-ci il tarixdə Ülkər əməliyyat olunmaq üçün azyaşlı qızı ilə birlikdə Bakı şəhərinə gəlib bizdə qalmağa başladı. Ülkəri əməliyyat üçün Gömrük Hosbitalına ümumilikdə 38.000 manat pul vəsaitinə ehtiyac olduğunu öyrəndik. Maddi imkanımız zəif olduğundan belə bir qərara gəldik ki, Ülkərin əməliyyat olunması ilə bağlı qohumlara və tanışlara pulun yığılmasında ötrü müraciət edək. Bundan sonra 2020-ci ilin oktyabr ayının 7-də ailə üzvlərimin hər biri və digər yaxın tanışları özlərinə məxsus “WhatsApp” ani mesajlaşma proqramında Ülkərə məxsus maaş kartının fotoşəkillərini paylaşıb imkanı olan şəxslərin əməliyyat üçün həmin karta pul köçürüb yardım etmələri barədə qeyd yazdıq. Təhlükəsizlik səbəbi ilə kartın yalnız ön hissəsinin fotoşəklini elana yerləşdirmişdik. Onlardan başqa Ülkərin rəfiqəsi də həmin elanı “Facebook” sosial şəbəkəsində şəxsi hesabında paylaşmışdı. Bu minvalla təxminən 10 gün ərzində Ülkərin maaş kartına 32.000 manata yaxın pul yığıldı. 17 oktyabr 2020-ci il tarixdə işdə olan zaman Ülkər mənə zəng vurub tanımadığı şəxsin kartdan pulu oğurladığını bildirdi. Bundan sonra evə gəldim və Ülkərlə söhbət etdikdən sonra aydın oldu ki, tanımadığı bir nəfər zəng vuraraq yardım etmək istədiyini bildirib, bundan sonra “WhatsApp”la Ülkərlə yazışıb və yazışma zamanı 5.000 manat yardım edəcəyini bildirərək Ülkərdən maaş kartının arxa hissəsinin də fotoşəklini çəkib atmasını istəyib. Ülkər də həmin şəxsə aldanaraq maaş kartının arxa hissəsinin fotoşəklini ona göndərib. Bundan sonra həmin şəxs Ülkərdən öz mobil telefonuna “Bir Bank” proqramını yükləməsini istəmiş, Ülkər onun dediyini etdikdən sonra həmin şəxs yoxlama məqsədilə Ülkərin kartına 5 qəpik pul yükləyib və Ülkərdən pulun yüklənib-yüklənmədiyini soruşub, Ülkər ona müsbət cavab verdikdən sonra hissə-hissə olmaqla Ülkərə məxsus maaş kartından ümumilikdə 3300 manat məbləğində pul hesabdan oğurlanıb”.
Mərhumun varisi qeyd edib ki, həmin ərəfədə Ülkərin səhhəti hər gün pisləşdiyindən baş vermiş cinayətlə məşğul olmağı üçün ona notarial qaydada etibarnamə verib: “2020-ci ilin oktyabr ayının sonlarında Ülkərin əməliyyat olunmasına baxmayaraq, onun səhhəti düzəlmədi və 19 dekabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etdi”.
Məhkəmə Ramil Kərimovun 4 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.