-
- 29-10-2018, 18:18
- 1 109
Unibank müştərisini niyə incidir?
Salyan rayon sakini Axundova Ülkər Camal qızı tərəfindən News24.az-ın redaksiyasına şikayət daxil olub.
Ülkər xanımın anası Bankdan 500 dolar pul götürüb. Banka olan borcunu ödədikdən sonra 35.68 manat borcu qalan xanımı sözügedən bank məkhəməyə verib və şəxsi nömrəyə zəng edərək banka 500 dollar borcu olduğunu bildirib. Müştəri haqlı olduğunu sübut etmək üçün məhkəməyə üz tutub və məhkəmə qərarına əsasən onların banka 500 dollar deyil, cəmi 35,68 manat borclu olduqları təsbit edilib.
Lakin, məhkəmənin qətnaməsinə baxmayaraq bank yenə də, xanıma zəng edərək 500 dollar borcu olduğunu bildirir, özbaşınalıq edir.
Məsələyə aydınlıq gətirmək üçün Unibankın mətbuat xidmətinin rəhbəri Sulhiyyə Şirinova ilə əlaqə saxladıq. Sülhiyyə Şirinova bildirdi ki, “aparılan araşdırmalar nəticəsində müştərinin son borcu texniki problemlə bağlı olub, son ödəmələr sistemə daxil edilməyib. Hazırda bu yanlışlıq aradan qaldırılıb. Müştəriyə bu barədə məlumat veriləcək".
Qeyd edək ki, məsələ ilə bağlı əlimizdə fotofaktlar var və məsələni diqqətdə saxlayacağıq.
Şəlalə Ağayeva