"Son 10 ildə 700-ə qədər səhiyyə ocağı yenilənib"- NAZİR MÜAVİNİ
    • 18-11-2021, 13:41
    • 277

"Son 10 ildə 700-ə qədər səhiyyə ocağı yenilənib"- NAZİR MÜAVİNİ

"Bir çox xəstəliklər uşaqlıq dövründə aşkarlanır. Həmin xəstəlikləri vaxtında müalicə etməklə uşaqlar arasında əlilliyin yaranmasının, eləcə də, ölüm hallarının qarşısının alınmasına çalışırıq".

News24.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rahim Əliyev Uşaqların V Ümumrespublika Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, son 10 ildə 700-ə qədər səhiyyə ocağı yenilənib: "Onların böyük qismində uşaqların müalicəsinə yardımlar göstərilir".

Vaksinasiya prosesindən danışan nazir müavini bildirib ki, 2019-cu ildə ÜST-ün apardığı araşdırma zamanı insanların peyvəndə etibarsız yanaşdığı məlum olub: "Lakin aparılan maariflənmə tədbirləri sayəsində peyvəndlərə etibar yarandı. Ölkədə icbari tibbi sığorta sahəsində uşaqlara xüsusi diqqət ayrılır. Təbabətin sübutlara əsaslanan nəticələri peyvəndlərin infeksion xəstəliklərdən qoruduğunu sübut edib”.

O qeyd edib ki, 2 il əvvəl Operativ Qərargahın qadağalarına ciddi riayət edilmirdisə, bu gün açıq havada tibbi maska taxılması məcburi olmadığı halda maska taxırlar: "Bu da sağlamlıq mədəniyyətinə əvvəlkindən daha çox diqqət edildiyini göstərir”.