"Azərbaycanda qeyri-infeksion xəstəliklərdən ölüm göstəricisi 48 faizdir"- Nazir müavini
    • 19-12-2019, 11:00
    • 1 055

"Azərbaycanda qeyri-infeksion xəstəliklərdən ölüm göstəricisi 48 faizdir"- Nazir müavini

"Qeyri-infeksion xəstəliklərin yükü istər xəstələnmə, istər ölüm göstəricisinə, istərsə də əlilliyə görə digər yoluxucu xəstəliklərdən yüksəkdir".

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev "Qeyri-infeksion xəstıliklərin yükü və mübarizə strategiyaları" mövzusunda keçirilən II Milli Konfransda bildirib.
O qeyd edib ki, dünya üzrə əhalinin yaşlanma göstəricisi artır:
"Bu, yoluxucu xəstəliklərlə mübarizənin nəticəsidir. Buna baxmayaraq, qeyri-infeksion xəstəliklərin yükü artır. Hazırda bu xəstəliklərə diqqət artıb. Qeyri-infeksion xəstəliklərdə ölüm göstəricisi dünyada 70 yaşa qədər əhali arasında 44 faizdir. Azərbaycanda isə bu göstərici bir qədər artıqdır. Belə ki, ölkədə qeyri-infeksion xəstəliklərdən ölüm göstəricisi 48 faizdir. Yüksəkgəlirli, inkişaf etmiş ölkələrdə bu göstərici 30 faizə çatmır, 26 faizdir".
Nazir müavinin sözlərinə görə, bu baxımdan Azərbaycanda qeyri-infeksion xəstəliklərlə mübarizə ciddi şəkildə aparılmalıdır:

"Burada yalnız öhdəlik səhiyyənin üzərinə düşmür. Bütün qurumlar birgə mübarizə aparmalıdır. Fiziki aktiv həyatın təbliği, maarifləndirmə, tütündən istifadənin azaldıması buna misaldır",-deyə R.Əliyev əlavə edib.

Afaq Mirayiq