Lənkəranda ikimərtəbəli evdə YANĞIN OLDU
    • 21-11-2021, 09:00
    • 322

Lənkəranda ikimərtəbəli evdə YANĞIN OLDU

Lənkəran şəhərinin Boladı kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü yanıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.